Niyaməddin Musayev "Dünya sənin dünya mənim"
Musiqi: Niyaməddin Musayev
Söz: Məmməd Araz
Mahnı sözləri:
Bir taleyin oyununda cütlənmiş zərik
Yüz il qoşa atılsaq da, qoşa düşmərik
Bir zərrənin işığına şərik
Dünya sənin, dünya mənim, dünya heç kimin.
Bu get-gəllər bazarına dəvədi dünya
Bu ömür-gün naxışına həvədi dünya
Əbədiyə qəh-qəh çəkər əbədi dünya
Dünya sənin, dünya mənim, dünya heç kimin
Çevrəsindən çıxsa əgər edər fırtına
Bir ümidin ətəyindən tutub da fırlan
Eşidirsən pıçıldayır yıxılan, duran
Dünya sənin, dünya mənim, dünya heç kimin
Niyaməddin Musayev - in ifa etdiyi bütün audio və video məzmunlar "NK Media" tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır!
#NiyameddiMusayev #DunyaSeninDunyaMenim #NKMedia